Yuxarı

Saxta qızılı bu cür müəyyən edin - Zərgərlər sirləri açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızıl bazarında saxta qızıl məhsullarının olması ilə bağlı məlumatlar yayılıb. Alıcılar saxta qızılla xalis qızılı ayırd etməkdə çətinlik çəkirlər.

Bununla bağlı Axar.az-a danışan zərgər Asif Sadıqov bildirib ki, alıcı qızılı mütləq dövlət qurumları tərəfindən yoxlanılan mağazadan almalıdır:

“Dövlət Əyar Palatası tərəfindən müəyyən vaxtlarda Mərkəzi Univermaq, Moskva Univermağı kimi qızıl alışı ilə məşğul olan tanınmış mərkəzlər yoxlanılır. Məhsulların əyarı üzərində yazılanla müqayisə olunur. Nəticə fərqli olarsa, satıcılara qarşı tədbir görülür. Saxta qızıl yalnız bazarda və ya qohumda satıla bilər. Hər qızılın öz əyarına uyğun kislotası var. Əyar kislota ilə uyğun gələndə, məsələn, 583, 750, qızılın rəngində dəyişiklik olmur. Əyardan aşağı olarsa, qızıl qaralacaq. Deməli, saxtadır”.

Zərgər bildirib ki, qızılın çəkisini artırmaq üçün tərkibinə qatqı qatıla bilər:

“Mendeleyev cədvəli ilə götürsək, qızıla kütləsinə görə ən uyğun gələn qatqı premium qurğuşundur. Lakin rənginə görə uyğun gəlmir. Mövcud vəziyyətə görə qızılın çəkisini artırmaq üçün tərkibinə ya gümüş, ya da mis qatırlar. Lakin hər ikisi ayrı-ayrılıqda qızılın rəngini dəyişir. Əsl peşəkar zərgər qızılın saxta olub-olmadığını gözlə təyin edir. Əllə də yoxlayıb, ağırlığından bilmək olur. Yerə düşəndə də qızılın xüsusi səsi var. Bununla da təyin edirik. Qədim vaxtlarda dişlə yoxlayırdılar. Bu metod sonradan gigiyenik olmadığı üçün istifadə olunmadı. Hazırda müasir elektron aparatlar var. Kimyəvi proseslə yarım saata, 1 saata testin cavabını müəyyən edir”.

Qızıl satıcısı Ayna Kərimova isə qeyd edib ki, alıcılar xırda detalları bilməklə saxta məhsulu xalisindən ayıra bilərlər:

“Saxta qızıl adətən orijinalından fərqlənmir. Ancaq alıcılar xırda detalları bilsələr, aldanmazlar. Bu cür saxta məmulatlar sexlərdə hazırlanıb zavod məhsulu kimi alıcıya təqdim edilir. Üzərindəki daş barədə də səhv məlumatlar təqdim edirlər”.

A.Kərimovanın sözlərinə görə, bəzən ev üsulu ilə də saxta qızılı ayırd etmək olar:

“Saxta qızıl kölgədə qaralır. Günəşə çıxaranda isə rəngi saralır. Yodlu pambığı saxta qızıla sürtəndə də qaralır. Təmiz qızıl sirkə ilə reaksiyaya girmir. 5 dəqiqə qızılı sirkədə saxlayın. Qaralırsa, deməli, saxtadır. Məhsulu daha çox tanınmış mağazalardan alsınlar. Bu zaman qızılın üzərində sənədi də müştəriyə təqdim olunur. Bu, daha etibarlıdır”.

Tarix
2021.10.29 / 12:28
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla