Yuxarı

Əcnəbilərin Azərbaycan dili üzrə imtahanı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində dil bilikləri üzrə ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq ilk dəfə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirilib.

DİM-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, imtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada–kompüter proqramı vasitəsilə həyata keçirilib.

İmtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20-25 dəqiqəlik vaxt ayrılır.

Danışıq bloku üzrə imtahana buraxılmış 294 iddiaçıdan 284-ü imtahanda iştirak edib.

İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, iddiaçılar danışıq bloku üzrə imtahan üçün nəzərdə tutulmuş kompüter proqramının demo versiyası ilə öncədən DİM-in saytında tanış olmuşdular. Müvafiq proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Tarix
2021.12.26 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?

Ukrayna 9 mayda Moskvanı vurmaq gücündədir: Vuracaq?

Gözlənilməz qərar: Azərbaycan “3-cü dalğaya” hazırlaşmalıdır

Samir Şərifov Şara ilə görüşdü - Foto

1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan

Badamov Moskvada niyə saxlanıldı? - XİN-dən reaksiya

Deputat Azər Badamov Moskvada saxlanıldı

Kirilldən Əliyevə: Putin xahiş etdi ki...

Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla