Yuxarı

Marşrut sürücüləri plan verməyəcək - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marşrut sürücüləri plan verməyəcək - Rəsmi

"Bakubus"ın avtobuslarının hamısında artıq kart sistemi tam tətbiq edilir. Köhnə avtobuslar da kart sistemi ilə işə başlayandan sonra sürücülərin hamısı maaş alacaq və plan vermək məsələsi aradan qalxacaq.

Axar.az xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Nazirlik sözçüsü Lent.az-a bildirib ki, hazırda Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarının yarıdan çoxunda kart sistemi üçün lazım olan aparatlar quraşdırılıb:

"Lakin kart sisteminə tam keçilməyib deyə, hələ aktivləşdirilməyib. Artıq 1000-dən çox avtobusa bu aparatlar yerləşdirilib.

Sürücülərə verilən maaşların miqdarını isə biz yox, sahibkarlar özləri müəyyənləşdirəcək. Çünki sürücüləri Nəqliyyat Nazirliyi yox, marşrut sahibləri işə götürür.

Kart sisteminə keçidin bu ilin sonuna qədər yekunlaşdırilması nəzərdə tutulur. Prosesin gecikməsinə səbəb Bakı və Bakı ətrafı ərazilərdə 2800-dən artıq avtobusun fəaliyyət göstərməsidir".

Tarix
2015.08.14 / 13:59
Müəllif
Nərgiz Ağazadə
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla