Yuxarı

Nazirlik 16 min vətəndaşı işlə təmin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik 16 min vətəndaşı işlə təmin etdi

Dövlət Məşğulluq Xidməti yanvar-iyul aylarında 16 min 140 nəfərə yaxın vətəndaşı işlə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindan Axar.az-a verilən məlumata görə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 445 nəfər kvota üzrə müəyyən edilmiş iş yerləri ilə təmin olunub.

1903 nəfər şəxs dərzi, kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və kurslara cəlb edilib.

Xidmətin peşə hazırlığı və kurslara cəlb etdiyi şəxslərdən 200 nəfərə yaxını əlilliyi olan insanlardan, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərdən, internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərdən ibarət olub.

DMX tərəfindən 760 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 60.860 gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümlü məsləhətlər verilib.

Tarix
2015.08.18 / 18:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xameneinin ilk mesajı: Şəhidlərin qisasını almadan...

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

Katolikosun Qarabağ açıqlaması müharibə çağırışıdır

“Kənddən şəhərə” yarmarkasında qiymətlər... - Video

Rus ordusunda döyüşən İbad Hüseynov öldü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla