Yuxarı

Deyə bilmərik ki, "Azəriqaz"dan 100% razılıq var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deyə bilmərik ki, "Azəriqaz"dan 100% razılıq var

Əgər xidmət varsa, vətəndaşa sərfiyyata görə bildirişlər göndərilirsə, “100 faiz razılıq var” deyə bir şey ola bilməz. Təbii ki, bunu iddia etmək yanlış olar. Əgər narazılıq varsa, çox ciddi şəkildə araşdırılır, açıqlamalar, izahatlar verilir.

Axar.az xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası zamanı artıq sərfiyyatın qeydə alınması iddiası ilə bağlı sualı cavablandırarkən bildirib.

“Bu izahatlara qane olan abonentlərimiz eyni qaydada davam edir. Əks halda isə məsələ məhkəmə predmeti olur. Hər bir abonentin məhkəməyə müraciət etmək hüququ var”, – şöbə rəisi qeyd edib.

Sayca 12-ci dəfə təşkil olunan aksiyada KİV və QHT nümayəndələrinin sualları Birliyin müvafiq rəhbər şəxsləri tərəfindən cavablandırılıb. Keçirilən aksiya Birliyin rəsmi Feysbuk səhifəsində canlı yayımlandığından vətəndaşlara onları maraqlandıran suallara cavab tapmaq imkanı da yaranır.

Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov ayrı-ayrı regionlardan kəndlərin qazlaşdırılması ilə bağlı sosial şəbəkə üzərindən ünvanlanan suallara aydınlıq gətirib. 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək isə yanvar ayı ərzində qazlaşma ilə bağlı Birliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin statistikasını aksiya iştirakçılarının diqqətinə çatdırıb. Aksiya çərçivəsində Birliyin məsul şəxsləri yeni yaşayış massivlərinin qazlaşdırılmasının prosedur qaydaları, cari ildə təbii qazla təmin olunacaq meşə ətrafı kəndlərin sayı və digər məsələlər barədə media və QHT nümayəndələrinə məlumat veriblər.

Şəffaflığın tam təmin edilməsi, abonent məmnunluğunun üstün tutulması onu göstərir ki, Birlik hər zaman yaranan problemlərin həllində maraqlıdır və bu istiqamətdə işlər görür. Bu problemlərin tez bir zamanda aradan qaldırılmasında yardımçı olmaq üçün bütün KİV və QHT nümayəndələri hər həftənin cümə günü təşkil olunan aksiyaya dəvətlidirlər.

Tarix
2022.02.04 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla