Yuxarı

57 yaşlı Mirqafar Seyidov niyə təqaüdə göndərildi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Mirqafar Seyidovun ötən gün Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Axar.az Yenipress.az-a istinadla xəbər verir ki, yayılan məlumatda onun “xidmətdə olmanın son yaş həddi ilə bağlı” təqaüdə göndərildiyi bildirilib.

M.Seyidov 1965-ci il təvəllüdlüdür və hələ 57 yaşı da tamam olmayıb. Polis generalı üçün son yaş həddi isə ən azı 65 yaşdır. Buna görə də onun “son yaş həddi ilə bağlı” təqaüdə göndərilməsi inandırıcı deyil.

Bəzi iddialara görə, M.Seyidov bel yırtığından əziyyət çəkirmiş, həkimlər isə bu vəziyyətdə onun işləməsinin səhhətinə mənfi təsir edəcəyini bildirdiyi üçün o, təqaüdə çıxmaqla bağlı nazirə müraciət edib.

Bu iddiaların nə dərəcədə doğru olduğu mübahisəlidir. Çünki bel yırtığı ağır xəstəlik deyil və müalicəsi qısa müddətdə mümkündür.

Qeyd edək ki, M.Seyidov kifayət qədər tanınmış generallardandır. O, bir çox mühüm məxfi əməliyyatlarda iştirak edib və hüquq-mühafizə orqanlarında peşəkar kimi böyük nüfuz sahibidir.

Gənc yaşlarından müxtəlif vəzifələrdə çalışıb. Belə ki, 2005-2007-ci illərdə Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləyib.

2014-cü ildən Bakı şəhər Baş Polis İdarəsinə rəhbərlik edib.

2020-ci ildən Nəqliyyatda Baş Polis İdarəsinin rəisi idi.

2006-cı ildə “İgidliyə görə” medalı, 2015-ci ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Tarix
2022.02.06 / 13:39
Müəllif
Axar.az
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla