Yuxarı

ASAN-a yeni rəhbər təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ASAN-a yeni rəhbər təyin edildi

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yeni təyinat olub.

Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin direktoru vəzifəsinə Adil Qasımov təyin edilib.

Adil Qasımov artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Qasımov Adil Nazim oğlu 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993-1996-cı illər ərzində Türkiyə "Balıkesir texnik hazırlama okulu"nda rabitəçi gizir ixtisasında təhsil alıb, 1996-1997-ci illərdə Türkiyə "Ankara astsubay hazırlama okulu"nda rabitəçi gizir ixtisasını davam etdirib. 1998-2003-cü illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil alıb. 2003-2008-ci illərdə Maidə kiçik müəssisəsində mühasib vəzifəsini yerinə yetirib. 2008-2013-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft kəmərləri idarəsində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzi iyulun 14-də açılıb. Mərkəz Bakı şəhərinin Nizami rayonu Heydər Əliyev prospekti 115-də yerləşir.

Tarix
2015.08.25 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla