Yuxarı

Polisin qucaqladığı qazimiz kimdir? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisin qucaqladığı qazimiz kimdir? - Foto

Ötən günün əsas gündəmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaşandı. Adıçəkilən qurumdan narazılıqlarını ifadə etmək üçün nazirliyə gələn qazilərin etirazı zamanı polis əməkdaşının nümunəvi davranışı – qazini qucaqlaması ictimai rəğbətlə qarşılandı. Polisin kimliyi açıqlansa da, qazi haqda məlumat verilməyib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, polislə qucaqlaşan qazi Elçin Etibar oğlu Verdiyevdir.

O, 1998-ci ildə Ağcabədi rayonu Sülü kəndində dünyaya gəlib. 2020-ci ildə Vətən müharibəsi başlayan zaman döyüşə yollanıb.

“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Ailəlidir.

E.Verdiyev saytımıza verdiyi açıqlamada bildirib ki, hazırda Ağcabədi rayonunda yaşayır:

“44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak etmişəm. Xocavənd və Füzuli istiqamətlərində döyüşmüşəm. Füzuli istiqamətində döyüşlərdə yaralandım. Ayağımdan və başımdan qəlpə yaraları aldım. Kəllə-beyin travması və sol gözümdə zəifləmə var”.

O, nazirlikdə baş verən hadisə anını xatırlamadığını da vurğulayıb:

“Huşumu itdiyinə görə polis əməkdaşı məni qucaqladı, ondan sonra heç nə xatırlamadım. Məndə həm də şəxsiyyət pozuntusu var. Sonradan videolara baxdım, lakin həmin hadisə baş verəndə özümdə deyildim. Dünən 2 dəfə ambulans gəlib, iynələr vurulub. İndi-indi özümə gəlirəm”.

Tarix
2022.06.03 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla