Yuxarı

Xoşqədəmin “Səni axtarıram”ı bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xoşqədəmin “Səni axtarıram”ı bağlandı

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan Axar.az-a verilən xəbərə görə, iclasda ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.

ANS televiziyasının efirində yayımlanan "Sən tək deyilsən", "Xoşqədəmlə axtarıram səni" proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq ANS televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən 19.00-dək yayımlanan "Sən tək deyilsən" proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan "Xoşqədəmlə axtarıram səni" proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

İclasda həmçinin ANS televiziyasının efirində yayımı dayandırılmış "Sən tək deyilsən" proqramının efir vaxtında - həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər, saat 16.20-dən 19.00-dək və "Xoşqədəmlə axtarıram səni" proqramının efir vaxtında - hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən təmin edilməsi barədə qərar qəbul edilib.

Tarix
2015.09.30 / 16:53
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla