
İstanbul görüşünün saatı bəlli oldu
09:26
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
ASAN xidmətin "ASAN Könüllüləri" təşkilatı və Baku Bus MMC birgə layihəyə başlayıb. Layihə çərçivəsində nəqliyyat bələdçisi adlı yeni təşəbbüs reallaşdırılacaq.
ASAN xidmətdən Axar.az-a verilən məlumata görə, layihənin məqsədi daha rahat və təhlükəsiz sərnişindaşımaya şərait yaratmaqdır. Eləcə də, ictimai nəqliyyatda mövcud problemlərə diqqət çəkməkdən ibarətdir.
Könüllülər Baku Bus avtobuslarına minmək və düşmək qaydaları ilə əlaqədar sərnişinləri maarifləndirəcəklər. Bu məqsədlə bukletlər paylanacaq, müxtəlif flaşmoblar keçiriləcək və videoçarxlar hazırlanacaq.
Qeyd edək ki, layihədə 500-ə yaxın ASAN könüllüsünün "Gəlin, ictimai nəqliyyatdan düzgün istifadə edək" şüarı ilə iştirakı nəzərdə tutulur.
Tarix
2015.10.02 / 18:16
|
Müəllif
Nigar İxtiyarqızı
|