Bir sıra avtomobil yollarının adlarında dəyişikliklər
olunması barədə qərar qəbul edilib.
Axar.az xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı
qərara əsasən, Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59
nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli
əhəmiyyətli avtomobil yollarının siyahısı"nda dəyişikliklər
edilib.
Qərara görə, Ağcabədi rayonunda "Qiyamadınlı" sözü "Yuxarı
Qiyaməddinli", Astara rayonunda "Telman" sözü "Çayoba", Cəlilabad
rayonunda "Təzəkənd" sözü "Çəmənli", "Kövüzbulaq" sözü
"Soyuqbulaq", Gədəbəy rayonunda "Yenikənd" sözü "Qızılqaya",
"Arabaçı" sözü "Çiçəkli" sözü ilə əvəz edilib.
Həmçinin Göyçay rayonu "Cəyirli" sözü "Şıxlar", İsmayıllı rayonu
"Cülyan" sözü "Yuxarı Cülyan", Kürdəmir rayonu "Qarabucaq" sözü
"Axtaçı Qarabucaq", Laçın rayonu "Ağbulaq" sözü "Sarıbaba", Tərtər
rayonu "Təzəkənd" sözü "Ağkənd", "Qapanlı" sözü "Alışarlı",
"Sarıcalı" sözü "Yuxarlı Sarıcalı", "Qaradağlı" sözü "Yuxarı
Qaradağlı", Ucar rayonu "Çiyni" sözü "Yuxarı Çiyni", Zaqatala
rayonu "Əli Bayramlı" sözləri "Dağlı", "Dombabinə" sözü "Üçüncü
Tala" sözləri ilə əvəz olunub.