Yuxarı

“Ölməz kəşfiyyatçı” adlı anım tədbiri keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ölməz kəşfiyyatçı” adlı anım tədbiri keçirildi - Foto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid polkovnik-leytenant Orxan Əkbərovun anadan olmasının 40-cı ildönümünə həsr edilən “Ölməz kəşfiyyatçı” adlı anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, təqdimatda millət vəkilləri, zabit-kursant heyəti, ictimaiyyət nümayəndələri, yazıçılar, şəhid ailələri, qazilər, və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçılarını salamlayan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə gənclər arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində görülən işlər barədə məlumat verdi.

Millət vəkilləri Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov çıxışlarında bu cür tədbirlərin qəhrəmanların tanıdılmasında, təbliğində rolundan danışıb, zəfəri xalqımıza bəxş edən igidlərin döyüş yolunun hər bir böyüməkdə olan gənc nəslimiz üçün nümunə olacağını qeyd ediblər.

Qəhrəman polkovnik-leytenantın xatirəsinə həsr olunmuş kitabın müəllifi yazıçı-jurnalist Asif Mərzili bildirib ki, bu kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan, yaxınlarının və döyüş yoldaşlarının xatirələrindən bəhs edir. Kitab həm də onun döyüş yoldaşlarının qəhrəmanlıqlarından, Vətənə, torpağa sədaqətindən danışır.

Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş zabitlər polkovnik Toğrul Şamxalov, polkovnik Telman Hüseynov şəhid qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, döyüş xatirələrindən, qələbənin əldə edilməsində böyük rolundan danışıblar.

Tədbirdə xalq artisti Samir Cəfərovun ifasında qəhrəmanlıq musiqiləri səsləndirilib,bədii rəhbəri Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovanın olduğu şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” xorunun ifasında vətənpərvərlik mahnıları ifa olunub.

Tarix
2022.12.09 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla