Yuxarı

Səbuhi Xanlarov buna görə həbs olunub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səbuhi Xanlarov buna görə həbs olunub

13:34

Bloger Səbuhi Xanlarov “Daqqılı” ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərovun şərəf və ləyaqətinin alçaldılmasına görə həbs edilib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1980-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, subay, ali təhsilli Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunaraq, fevral ayının 27-də 23:30 radələrində saxlanılaraq məhkəmənin qərarı ilə həbs olunub.

Məhkəmə iclasında Səbuhi Xanlarov özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərib ki, Ziliş Cəfərovla zarafatlaşarkən digər dostu video çəkib və sonradan bu görüntülər onların məlumatı olmadan sosial şəbəkədə paylaşılıb. Onun Zilişin şərəf və ləyaqətini alçaltmaq kimi bir məqsədi olmayıb və barəsində daha yüngül tənbeh tədbiri görülməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Səbuhi Xanlarov İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. Həbsetmənin əvvəli 27 fevral 2022-ci il saat 23:30-dan hesablanıb. Həbsetmə ilə bağlı qərarın icrası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilib.

Qeyd edək ki, 20.02.2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə “Daqqılı” ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərova 15 sutka inzibati həbs cəzası verilib.

Tarix
2023.03.01 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla