Azərbaycanda bir ilə
yaxındır adam öldürməyə, quldurluğa və qanunsuz silah gəzdirməyə
görə axtarışda olan şəxs Gürcüstan sərhədində
saxlanılıb.
Report-un
xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi
tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin üç maddəsi
ilə axtarışda olan 1965-ci il təvəllüdlü Zakir İbayev Daxili İşlər
Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi və Azərbaycan DİN-in
Gürcüstan Respublikasındakı nümayəndəliyinin birgə keçirdikləri
əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan dövlət sərhədini
keçərkən saxlanılıb.
Onun barəsində həbs qətimkan tədbiri seçilərkən müəyyən edilib
ki, Z.İbayev haqqında Gürcüstan Respublikası Cinayət Məcəlləsinin
344 (sərhədi qanunsuz keçmə) və 362-ci (saxta sənəd) maddələri ilə
də cinayət işi başlanılıb.
Hazırda Zakir İbayevin Azərbaycana ekstradisiya məsələsi həll
olunur.
Qeyd edək ki, Z.İbayev 2014-cü ilin dekabrın 16-dan Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 120 (adam öldürmə), 181
(quldurluq) və 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə
axtarışda olub.