Yuxarı

Bakıda bu ərazilərdə 1 sot torpaq 2 milyondan baha satılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər torpaq bazarında qiymət artımı baş verir.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, qiymət artımı mövsümü amillər, eyni zamanda Türkiyədə baş verən zəlzələ nəticəsində meydana çıxan psixoloji faktorlarla bağlıdır:

"Bundan başqa bazarda sənədli torpaqların azalması ilə bağlı olaraq da bahalaşmanın davamlı artımını izləyirik. Bahalaşma aylar üzrə az müşahidə olunsa da əslində illik qiymət dəyişməsində ciddi rəqəmlərlə ifadə olunur. Bu hal ötən ay da müşahidə olunub. Xüsusilə şəhər mərkəzində boş torpaqların məhdud olması qiymətləri yüksəldir. Torpaq bazarında aylıq qiymət artımı 2,5 %-dir. Fərqli yerlərdə isə artım 5%-i ötüb. İllik hesabladıqda bahalaşma 20%-dən çox edir".

R.Osmanlı bildirib ki, paytaxtın bəzi mərkəzi hissələri var ki, orada torpağın bir kvadratmetri 25-30 min manat arasında dəyişir:

“Bu da təqribən bir sot torpağın 2 milyon manatdan baha olması deməkdir. Adətən belə ərazilər açıq satışa çıxarılmır. Lakin açıq satışa çıxarılan bahalı torpaqlar da var. Həmin ərazilərin bir sotu şəhər mərkəzində 250-300 min manat arası dəyişir”.

Tarix
2023.04.05 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək?

İlham Əliyev İran şirkətlərini Azərbaycana dəvət etdi

Milyonçunun pulunu mənimsəyən Əbiyevin kürəkəni olub?

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

Bakı merinin bu cavabı Pezeşkianı təəccübləndirdi - Video

Pezeşkianın Azərbaycan səfəri başa çatdı

Regionda Azərbaycanla dördyol ola bilərik - Pezeşkian

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - Video

Pezeşkian Bibiheybət məscidini ziyarət etdi

Şuşanın işğalı barədə videomateriallar göstərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla