Yuxarı

Komissiya qadağa adlara aydınlıq gətirdi – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terminologiya Komissiyası qadağan olunan adlarla yeni adlar lüğətinə salınmayan adların siyahısını ayrı-ayrılıqda yayıb, təəssüf ki, bəzi media qurumları hər iki siyahını "qadağan olunan adlar" sırasında göstərib.

Bu sözləri Axar.az-a açıqlamasında AMEA Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, qadağan olunan adların siyahısı ASAN Xidmət mərkəzlərinə göndəriləcək və yeni doğulan körpələrə bu cür mənasız adların qoyulmasının qarşısı alınacaq.

Yeni adlar lüğətində əksini tapmayan adlar isə araşdırılır və onların mənası, hansı dildən alındığı aydınlaşdırıldıqdan sonra lüğətə əlavə olunacaq.

Terminologiya Komissiyasının qadağan etdiyi, həmçinin 280 səhifəlik yeni adlar lüğətinə hələlik daxil etmədiyi adların siyahısını ayrı-ayrılıqda təqdim edirik:

Qadağan olunan adlar:

Ansanbl, Fakir, Fani, Fati, Fəti, Gülməşəkər, Hambal, Faiz, Cinayət, Cinayətkar, Kazbek, Keştazlı, Kiçik, Kimyagər, Kişmiş, Kobar, Kosa, Kotal, Qaplan, Əyar, Mayor, Meyvə, Məmiş, Mutu, Nahaq, Nakam, Narbuğda, Narkom, Naynay, Naznay, Nənə, Nənəgəlin, Nənəş, Nuruş, Oxçu, Oktaedr, Oktaş, Okuş, Ordu, Palavand, Pambıq, Parlaq, Payız, Piyalə, Prikaz, Pullu, Pulluzər, Rakit, Rayət, Raykom, Rəftar, Rəğbət, Rəyasət, Ruzbeh, Saat, Sabah, Sala, Salamulla, Salavat, Saniyə, Saylı, Sədr, Səndəlxatun, Səngər, Sərxoş, Səviyyə, Səyahət, Sınaq, Sırğa, Sofu, Solğun, Sonamö, Soraq, Sovet, Sovqat, Soyuz, Şəkil, Şubay, Şura, Talış, Tanıq, Tarif, Tarzən, Tayfun, Teley, Telix, Tello, Teloş, Telşan, Təbiət, Təhsil, Təqdim, Təqdir, Tənha, Təpər, Tərəqqi, Təşəkkül, Təşəkkür, Təzə, Tiflis, Tiflisə, Tila, Tövsiyyə, Tufan, Tükən, Türmə, Tutma, Turşu, Uçqun, Ufaq, Urvat, Usta, Ustad, Utku, Uyar, Üqba, Ümeyya, Ünvan, Vilan, Vladlen, Vlas, Volodya, Yaraşıq, Yarulla, Yelizar, Yonca, Yüzbaşı, Zemkom, Stəkan, Limon, Limonad, Portağal, Şüşəxanım.

Yeni adlar lüğətinə salınmayan adlar:

Əyalət, Əyyam, Əyyar, Gerçək, Gəncay, Gorus, Göksəl, Həkkak, Həmdəm, Xadim, Xeyrxah, Xınaçiçək, Xınalı, Xoşcamal, Xülqi, İstək, İşıqlı, Katib, Qocaman, Quşdan, Narmay, Nazsəhər, Nənəbaci, Nənəcan, Nərimanyar, Nuh, Nuhu, Nurbuğda, Nurmay, Nurmeyvə, Nurnar, Ocaq, Oktürk, Ovçu, Padar, Pakay, Paksoy, Paynaz, Paynur, Payzər, Pekşən, Pektürk, Peykər, Peyman, Pişnamaz, Ruzim, Saatzər, Sabbar, Salam, Salamat, Səməni, Sırğagül, Sünbülzər, Şənlik, Şərbət, Şərqli, Tanrıqulu, Taray, Telnar, Telnaz, Təbib, Təbrik, Tinati, Tinə, Toylu, Tumar, Türkyılmaz, Yolçu.

Tarix
2015.12.02 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalının Şah İsmayılla bağlı sözlərə son qoyan çıxışı - Video

Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək

Bakıda Türkiyə və Suriya rəsmiləri ilə görüşən İsrail generalı...

Putinlə Trampın telefon danışığı 2 saatdan çox davam etdi

İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla