Yuxarı

Ermənistan MN etiraf etdi: iki əsgəri itkindir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb, nəticədə 2 erməni hərbi qulluqçu saxlanılıb, qrupun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Axar.az xəbər verir ki, məlumat yayıldıqdan dərhal sonra Ermənistan MN bunu təkzib edərək, hər hansı diversiya həyata keçirmədiyini elan etmişdi.

Az öncə isə Ermənistan MN növbəti açıqlama yaymağa məcbur olub. Ermənistan MN diversiyanı bir daha inkar etsə də, iki əsgərinin “itkin düşdüyünü” bildirib.

“Hərbçilərin Azərbaycan tərəfə keçməsi istisna edilmir”, - Ermənistan MN-in açıqlamasında deyilir.

Qeyd edək ki, Ermənistan MN-in bu açıqlamasının özü belə gülüncdür. Çünki Azərbaycan DSX faktiki olaraq iki erməni diversantın saxlanıldığını rəsmən elan edib. Bunun ardınca əsgərlərin “Azərbaycan ərazisinə keçməsinin istisna olunmaması" barədə vurğu nəyə hesablandığı məntiqini anlamaq olmur.

Tarix
2023.05.27 / 00:42
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Mirziyayev səfirliyin yeni binasının açılışında

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Prezidentlər Bakıda “Özbəkistan” parkının təməlini qoydu

Azərbaycan və Özbəkistan bir ilə yaxındır ki... - Əliyev

Bu türk ölkəsinin baş naziri də Xankəndiyə gəlir

AZAL təyyarəsi ilə bağlı Rusiyadan gözlənti… - XİN

Əsədov Əbdül Qani Baradarla görüşdü - Foto

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla