Yuxarı

Cahangir Hacıyev "Bandotdel"i məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cahangir Hacıyev "Bandotdel"i məhkəməyə verdi

Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verib.

Bu barədə APA-ya məlumat verən C.Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, C.Hacıyevin barəsində həbs qətimkan tədbirinin dekabrın 5-də seçilməsinə baxmayaraq, o, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır:

"Qanunvericiliyə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməlidir. Onun həmin idarədə saxlanılmasının qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik".

Vəkil C.Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında Nərimanov Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarından apellyasiya şikayəti verdikləri, şikayətə dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılacağını da deyib.

Qeyd edək ki, Nərimanov Məhkəməsinin qərarı ilə C.Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Tarix
2015.12.09 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla