Yuxarı

Bakıda qanunsuz pul dəyişənlər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz valyuta mübadiləsi aparılmaqla valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına dair Bakı şəhər sakinindən daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumatda deyilir ki, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakininin təqdim etdiyi 10.000 (on min) ABŞ dolları məbləğində pulun Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 saylı binanın 44-cü mənzilində Vasif Məmmədov və Fariz Rüstəmov tərəfindən 15.600 (on beş min altı yüz) manat pula qanunsuz mübadiləsi aparılarkən sonuncular cinayət başında yaxalanıblar.

Qeyd olunan ünvanda aparılmış axtarış zamanı qanunsuz valyuta mübadiləsində istifadə üçün nəzərdə tutulmuş cəmi 349 104 (üç yüz qırx doqquz min yüz dörd) manat, 537 026 (beş yüz otuz yeddi min iyirmi altı) ABŞ dolları, 313 695 (üç yüz on üç min altı yüz doxsan beş) avro, 26 440 (iyirmi altı min dörd yüz qırx) ingilis funt-sterlinqi olmaqla ümumilikdə 19 ölkəyə məxsus və təqribən 1,5 milyon Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.

Qeyd olunan şəxslər tərəfindən valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərinin pozularaq külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb və qeyd olunan maddə ilə ittiham elan olunmaqla V.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, F.Rüstəmovun barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət hadisəsinin tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2016.02.17 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla