Yuxarı

Gömrükdə külli miqdarda narkotik tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə külli miqdarda narkotik tutuldu

Poçt və ekspres daşımalar gömrük postunda gömrük orqanına “dərman və siqaret” olaraq bəyan edilən bağlamaya gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yoxlama nəticəsində xarici ölkəyə göndərilən bağlamadakı plastik qutudan 115 (yüz on beş) ədəd ağ-qəhvəyi rəngli, 60 (altmış) ədəd ağ-göy rəngli kapsullar və onların arasında gizlədilmiş 1 ədəd polietilen paketdə qablaşdırılan toz halında predmet aşkar olunub.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə 60 ədəd kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 3,0 qram olan tramadol, 115 ədəd kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 34,5 qram olan preqabalin, 1 ədəd sellofan paketdə təmiz çəkisi 0,919 qram olan ağ rəngli, kristalşəkilli psixotrop maddə - metamfetamin olduğu müəyyən edilib.

Qeyd edək ki, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına, Tramadol və Preqabalin isə “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2024.03.12 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla