Yuxarı

Hasar söküldü, SOCAR-ın sirli obyekti üzə çıxdı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hasar söküldü, SOCAR-ın sirli obyekti üzə çıxdı – Foto

Bakının Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, Binəqədi rayonu, Əhməd Rəcəbli 156 ünvanında uzun müddətdir aparılan söküntü-tikintinin nə olduğu qismən aydınlaşıb.

Axar.az xəbər verir ki, ötən gün 2 hektar ərazinin Ziya Bünyadov prospektinə baxan hissəsinin hasarı sökülüb. Bəlli olub ki, artıq orada SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi inşa edilib. Yanacaqdoldurma məntəqəsinin qısa müddətdə istifadəyə hazır olacağı təxmin edilir.

Hasarın sökülməsindən sonra üzə çıxan digər tikilinin mahiyyəti isə bəlli deyil.

Qeyd edək ki, əsasən avtopark olan, Ziya Bünyadov prospektinə baxan hissəsində isə avtomobil hissələri və tikinti materialları mağazaları yerləşən ərazidə söküntü işləri bu ilin ikinci rübündə başlamışdı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza bildirilmişdi ki, ərazidə hər hansı söküntü və ya tikinti ilə bağlı komitəyə müraciət daxil olmayıb. Daha sonra komitə ərazidə abadlıq işlərinin aparıldığını vurğulamışdı.

Tarix
2024.08.12 / 10:35
Müəllif
Aytac Araz
Digər xəbərlər

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla