Yuxarı

Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə... - Foto

Ağsuda torpaq sürüşməsi qeydə alınıb. Hadisə 4 hərəkət zolaqğı olan Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Quzey kəndi ərazisindən keçən hissəsində baş verib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, torpaq sürüşməsi zamanı uzunluğu təxminən 30, eni 20, dərinliyi isə 4 metr olan yarğan əmələ gəlib. Sürüşmə zamanı ərazidəki meşə ağacları torpaq altında qalıb, yolun mühafizə zolağı isə tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, bayram tətili günləri ilə əlaqədar sözügedən yolda paytaxtdan şimal-qərb rayonlarına və əks istiqamətdə avtomobillərin intensiv hərəkəti müşahidə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilib ki, sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə zolağında qeydə alınıb. Aparılan ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ qaydada tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Tarix
2026.03.24 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla