Yuxarı

Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir.

Bu barədə Axar.az-a Bakı aeroportundan məlumat verilib.

Bildirilib ki, yeni mövsüm 24 oktyabr tarixinədək qüvvədə olacaq. Yaz-yay mövsümündə Bakıdan Avropa, Mərkəzi, Cənubi və Şərqi Asiya istiqamətlərində genişlənmiş uçuş şəbəkəsi sərnişinlərə təqdim olunacaq.

Regional və Asiya istiqamətləri üzrə İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı və Aktau ilə yanaşı, Pekin və Urumçi istiqamətlərində də uçuşlar həyata keçiriləcək.

Avropa istiqamətləri üzrə isə Berlin, Frankfurt, Milan, Roma, Varşava, Praqa, London, Vyana, Budapeşt, Paris, Barselona və Kişineu şəhərlərinə uçuşlar planlaşdırılır. Bununla yanaşı, Tiflis, Bişkek, İzmir, Bodrum, Belqrad, Male və İslamabad istiqamətlərində də müntəzəm hava əlaqələri təmin olunacaq.

Uçuşlar AZAL, "Turkish Airlines", "Pegasus Airlines", "AJet", "Air Astana", "Uzbekistan Airways", "Wizz Air", "China Southern", "LOT Polish Airlines", "Lufthansa" və digər beynəlxalq aviadaşıyıcılar tərəfindən həyata keçiriləcək.

Yay mövsümündə səyahət tələbatının artacağını nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən bron etmələri tövsiyə olunur. Daha rahat və sürətli xidmət üçün onlayn qeydiyyat imkanlarından, eləcə də hava limanında mövcud olan özünüxidmət köşklərindən (Self Check-In və Self-Service Baggage Drop-Off) istifadə etmək mümkündür.

Sərnişinlərə həmçinin səfərdən əvvəl uçuş cədvəlinin aktuallığını yoxlamaq və mümkün dəyişikliklərlə bağlı məlumatı birbaşa aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə etmək tövsiyə edilir.

Tarix
2026.03.24 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla