Yuxarı

“Salyan Oyl”dan özünü yandıran işçisi haqda açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:45

Salyan rayonunun Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Oktay oğlu Aydınovun işdən çıxarıldığı üçün özünü “Salyan Oyl” şirkətinin önündə üzərinə benzin tökərək özünü yandırması ilə bağlı şirkət açıqlama yayıb.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, “Salyan Oyl Limited” şirkətinin 1 saylı Neft-qaz Çıxarma Sahəsinin 5-ci səhəsinin operatoru Zaur Aydınov bu gün səhər saatlarında şirkətin ofisinin həyətində özünü yandırmağa cəhd edib.

“İyulun 29-da, məzuniyyətdə olduğu müddətdə Zaur Aydınovun şirkətdən yanacaq oğurluğu etməsi faktı aşkarlanıb. Avqustun 7-də Zaur Aydınovdan faktla bağlı izahat alınıb və o öz əməlini etiraf edib.

Avqustun 16-da səhər saatlarında şirkətin daxili araşdırma komissiyası tərəfindən əlavə izahat və məlumat almaq üçün ofisə dəvət olunan Zaur Aydınov görüş zamanı zəng etmək bəhanəsi ilə ofis binasının həyətinə çıxaraq özünü yandırmağa cəhd edib. Aydınovun cəhdinə şirkət əməkdaşları tərəfindən dərhal müdaxilə edilib və o, dərhal xəstəxanaya təxliyə olunub. Hazırda Zaur Aydınov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti nəzarət altındadır”, - şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Zaur Aydınovun işdən çıxarılmasına etiraz olaraq özünü şirkətin həyətində yandırması xəbərini APA yayıb. Bildirilib ki, Z.Aydınov əvvəlcə Şirvan xəstəxanasına yerləşdirilib, daha sonra vəziyyəti ağır olduğu üçün paytaxta yanıq mərkəzinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2024.08.16 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto

Hərbi prokurorun işdən çıxarılan müavininin - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla