Yuxarı

"Kapital Bank" maliyyə institutları ilə əlaqələrini genişləndirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin birinci bankı "Kapital Bank" beynəlxalq maliyyə institutları ilə əlaqələrin inkişaf etdirilməsi və müştəri köçürmələrinin sürətli icrası istiqamətində növbəti uğurlu addım atıb. Belə ki, "Kapital Bank" ABŞ-nin ən iri və nüfuzlu banklarından biri olan Bank of New York Mellon-da müxbir hesabı açaraq beynəlxalq maliyyə əməliyyatlarını daha da gücləndirib.

Bank of New York Mellon 1784-cü ildə təsis olunub və ABŞ-nin ən qədim maliyyə qurumlarından biri hesab olunur. Bank dünyanın bir çox ölkəsində fəaliyyət göstərən nümayəndəlikləri ilə qlobal maliyyə bazarlarında yüksək etimad və mövqeyə sahibdir.

150 illik yubileyini qeyd edən "Kapital Bank" bu kimi təşəbbüsləri ilə Azərbaycanın bank sektorunun əsas sütunlarından biri olaraq maliyyə bazarında mövqeyini daha da gücləndirir. Xidmət keyfiyyətinin artırılmasına və bankın nüfuzunun gücləndirilməsinə yönələn bu kimi addımlar bankın bir çox sahədə strateji rolunun göstəricisidir.

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Tarix
2024.08.26 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalının Şah İsmayılla bağlı sözlərə son qoyan çıxışı - Video

Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək

Bakıda Türkiyə və Suriya rəsmiləri ilə görüşən İsrail generalı...

Putinlə Trampın telefon danışığı 2 saatdan çox davam etdi

İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla