Yuxarı

Türkiyədə nə qədər azərbaycanlı tələbə təhsil alır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşları Türkiyənin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayına görə ikinci yer tutur.

Axar.az Türkiyə Ali Təhsil Şurasının məlumatlarına istinadla xəbər verir ki, 2023/2024-cü tədris ilinin sonuna qardaş ölkənin universitetlərində 40354 azərbaycanlı təhsil alıb ki, bu da Türkiyədə əcnəbi tələbələrin ümumi sayının 12 faizini təşkil edib.

Ölkədə xarici tələbə sayına görə suriyalılar (60 750 tələbə) çoxluq təşkil edir. İlk üçlüyü isə Türkmənistan (29126 tələbə) tamamlayır.

Ümumilikdə isə ötən tədris ilində Türkiyədə 336 306 əcnəbi tələbə təhsil alıb.

“Cümhuriyyət” nəşri bildirib ki, hələ on il əvvəl Türkiyədə tələbələrin sayına görə ilk üçlükdə Türkmənistan, Azərbaycan və İran yer alıb.

“2013-cü tədris ilində Türkiyə universitetlərində Türkmənistandan 6941, Azərbaycandan 6901, İrandan 4343 vətəndaş təhsil alıb. Eyni zamanda, liderlər onluğuna iki Avropa ölkəsi daxil olub ki, onların yerini bu gün Afrika dövlətləri tutur”, - deyə bildirib.

Tarix
2024.09.06 / 01:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video

Bakı sərhədi necə müəyyən edəcək? - İrəvanla razılaşmanın sirri

Paşinyan erməni xalqından üzr istədi - Səbəb

Kremlin Bakının işinə qarışması qəbuledilməzdir - İran

Əminə Ərdoğan da Bakıya gəlir

Bakıya düşmən olan Okampo İrəvanda II Qareginlə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

İlham Əliyev Formula-1 prezidenti ilə görüşdü

Pezeşkian Rusiyaya gedir – Təsdiqləndi

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla