Yuxarı

Bakı aeroportunda “yanğın” – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev Beynəlxalq Aeroportunda birgə təlim keçirib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub. Təlimə AZAL QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi avadanlıqlarla təchiz edilmiş yanğınsöndürmə və xilasetmə qrupları, tibbi personalı və FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, həmçinin Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Ssenariyə əsasən, Bakı hava limanının sərnişin terminalları və parklanma ərazisində yanğın hadisəsi barədə şərti məlumat daxil olub.

Bununla əlaqədar, dərhal əməliyyat simulyasiyası həyata keçirilib, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb.

Bundan əlavə, təlimdə aviasiya qəzası zamanı fövqəladə vəziyyətin aradan qaldırılması, yanğının söndürülməsi və hava gəmisindən sərnişinlərin təhlükəsiz şəkildə təxliyə olunması üzrə xüsusi əməliyyatlar da icra edilib.

Simulyasiyalarda bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunub.

Tarix
2024.10.10 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?

Ukrayna 9 mayda Moskvanı vurmaq gücündədir: Vuracaq?

Gözlənilməz qərar: Azərbaycan “3-cü dalğaya” hazırlaşmalıdır

Samir Şərifov Şara ilə görüşdü - Foto

1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan

Badamov Moskvada niyə saxlanıldı? - XİN-dən reaksiya

Deputat Azər Badamov Moskvada saxlanıldı

Kirilldən Əliyevə: Putin xahiş etdi ki...

Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla