Yuxarı

Xalq artisti mülki iddia qaldırdı: 450 min manat istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti mülki iddia qaldırdı: 450 min manat istəyir

Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəf iştirak etməyib.

Mülki işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Proses yanvarın 16-da davam edəcək.

Qeyd edək ki, xalq artistinin iddiasında hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəydiyi bildirilir.

Ağadadaş Ağayev "Medera Hospital"dan ona dəyən 450 min manata yaxın mənəvi ziyanın ödənilməsini tələb edir. Həmçinin "Medera Hospital" da Ağadadaş Ağayevə qarşı mülki iddia qaldırıb.

Xatırladaq ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Tarix
2024.12.10 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

Antitürk ideologiyasının ən vacib fiquru öldürüldü

Azərbaycan benzinini Avropa adı ilə satır - Papoyan

Ceyhun Bayramov Ər-Riyada yola düşdü

Bu, İrana Xameneidən sonra ən böyük zərbədir

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

İran səfiri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla