Yuxarı

“Nə deyilir, onu da et” dedi - Şlyapa Zahidin məhkəməsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şəhla Abdurəhmanova ifadə verib.

Hazırda Əmanətlərin Sığortalanması Fondunda işlədiyini deyən şahid qeyd edib ki, əvvəllər Ata Bank ASC-də çalışıb. Təqsirləndirilən Zahid Niftəliyevi tanımayıb, onun sadəcə adını eşidib:

"Şahin - CO" şirkətinin adına kredit ayrılması barədə banka sənəd verilmişdi. Sənədlər araşdırılandan sonra kredit ayrılıb. Mənim müştərilərlə ünsiyyətim olmayıb. Mənə sənədlər təqdim olunub, həmin sənədlər araşdırıldıqdan sonra kredit ayrılıb. Müştərinin bankın kredit şöbəsinin əməliyyatçıları ilə əlaqəsi olub, müştəri isə kassadan pulu götürüb. Kreditin ayrılması "Şahin - CO" şirkətinə aid olub".

Şahid qeyd edib ki, müştərilərə kreditlərin ayrılması limiti 10 min manata qədər olub.

Onun sözlərinə görə, böyük məbləğdə olan kreditlərin ayrılması üçün bankın müşahidə şurasının sədrinin qərarı olur: "Zahid Niftəliyev böyük məbləğdə pul götürdüyü üçün müştəri kimi yadımda qalıb. Müqavilədə "Şahin - CO" şirkətinin təmsilçisi Zahid Niftəliyev olub, o da kreditin götürülməsi üçün imza atıb. Mən onun özünü görməmişəm. Kredit şöbəsində əməliyyatlar aparılıb. Biz bankın inzibati binasının ikinci mərtəbəsində oturmuşuq. Kredit şöbəsinin işçiləri isə birinci mərtəbə oturublar. Kredit şöbəsinin işçiləri sənədləri hazırlayıb, mən də sənədləri yoxlayaraq kreditin ayrılması üçün imzalamışam".

Dövlət ittihamçısının suallarını cavablandıran şahid qeyd edib ki, 38 milyon manat kreditin ayrılması üçün bankın Müşahidə Şurasının sədri imza atıb: "Həmin dövrdə Müşahidə Şurasının sədrinin kim olduğu dəqiq yadımda qalmayıb. Amma bankın İdarə Heyətin sədri isə Dəyanət Quliyev olub. Dəqiq bilirəm ki, Dəyanət Quliyev Müşahidə Şurasının sədri və üzvü olmayıb".

Zahid Niftəliyev bildirib ki, xanım şahidə hazırda sualları yoxdur: "Amma mənim bu xanıma yazığım gəlir, çünki onu belə ifadə verməyə məcbur edirlər".

Hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, şahidin ifadə verməyə məcbur edilməsi barədə sübut olmalıdır, sübut olmadan ittiham etmək düzgün deyil.

Zahid Niftətəliyev belə bir sübutunun olmadığını söyləyib: "Amma şahidin ifadəsindən belə məlum olur ki, ifadə verməyə məcbur edilir".

Dövlət ittihamçısı qeyd edib ki, şahidin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər var.

Daha sonra dövlət ittihamçısının vəsatəti əsasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.

Həmin ifadədə məlum olub ki, "Şahin CO" şirkətinin adına kreditin ayrılması həyata keçirilib, Zahid Niftəliyev də bankdan kredit götürməsi üçün yaxınlaşıb. O, həmçinin ifadəsində göstərib ki, həmin dövrdə bankın İdarə Heyətinin sədri ya Etibar Babaşlı olub, ya da Dəyanət Quliyev.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, kreditin ayrılması üçün nəzərdə tutulan şirkət həmin gün açılıb, bunu bildiyi üçün bankın İdarə Heyətinin sədrinə məruzə edib. İdarə Heyətinin sədri ona kreditin ayrılması üçün göstəriş verildiyini deyib, buna görə də kredit ayrılıb.

Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, rəhbərlik kreditin ayrılması barədə göstəriş verib, deyib ki, kreditin ayrılması qərarlaşdırılıb.

Şəhla Abdurəhmanova qeyd edib ki, keditin ayrılması üçün Müşahidə Şurasının iclasının protokolu olub, həmin protokolu görüb və bundan sonra kreditin ayrılması üçün nəzərdə tutulan sənədlərə imza atıb.

Növbəti proses 2025-ci il yanvarın 15-də keçiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Tarix
2024.12.19 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Fransa silahını rus pulu ilə alır

Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - Politoloq

100 minə general öldürülür: bəs, 1 milyon vəd edilsə…

Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır?

Rusiya hökuməti Azərbaycanla razılaşmanı təsdiqlədi

Əli Əsədov Misirə getdi - Foto

İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam

Əliyevin sözləri erməniləri həyəcanlandırdı: “Qardaş Afina”…

Zəngəzur dəhlizi ilə bağlı Türkiyədən növbəti açıqlama

Paşinyan Azərbaycanla bağlı deyir ki... - Lavrina

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla