Yuxarı

Mars bu tarixdə Bakıdan adi gözlə aydın görünəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mars bu tarixdə Bakıdan adi gözlə aydın görünəcək

Mars planeti yanvarın 16-da adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq.

Bu barədə Axar.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Mars həmin vaxt qarşıdurmada olacaq.

Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir:

"Qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq.

Hər Mars yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə -1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq".

Vurğulanıb ki, Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan 07:41 radələrinə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını keçəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq.

Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq.

Tarix
2025.01.10 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla