Yuxarı

Helikopterlə növbəti peyvəndləmə aparılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Helikopter vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan aldadıcı yemlərin paylanması nəzərdə tutulur.

Tədbirdə AQTA, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zoologiya İnstitutunun mütəxəssisləri iştirak edəcəklər.

Qeyd olunub ki, bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.

AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir.

Qeyd edək ki, ötən illərdə həyata keçirilən peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Tarix
2025.01.22 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı

İlham Əliyev Davosda Zelenski ilə görüşdü - Foto

İrana bir neçə dəqiq zərbə endirib, sonra... - Arkov

Şahin Mustafayev Əli Əkbər Əhmədianla görüşdü

Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan

Moskvada Zəngəzur planı: İrəvan təklifləri rədd etdi

ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək

Tramp mütləq İrana zərbə endirəcək - Ekspert

İlham Əliyevdən Davos səfəri ilə bağlı paylaşım - Video

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla