Yuxarı

Azərbaycanda tanınmış iş adamı həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, biznesmen dələduzluqda ittiham olunur.

"Union Logistika" yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə şikayətlər var idi. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt "Union Logistika"nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çoxsaylı məlumatlar yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində "Falson", Qırğızıstanda "Brok Magistr", Türkiyədə AEMİ şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda "Union Logistika" şirkətini yaradıb.

Tarix
2025.01.27 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

Qətər əmiri səfirimizlə görüşdü

Hüseynzadə Benedeyçiçlə Bakının töhfəsindən danışdı

Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı – Təcili

İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal

Vardanyanın vəsatəti təmin edilmədi: məhkəmə baxışı başlayır

Arutyunyan məhkəməyə sənəd verdi, işə əlavə olundu

Paşinyan Suriyaya Kostanyanı göndərdi – Yeni siyasət

AŞPA Bakıya qarşı etdiyini Tiflisə də edəcək

Kobaxidze: AB-nin bu qərarı simvolik xarakter daşıyır

Rusiyalı keçmiş hakim Bakıda saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla