Yuxarı

Aeroporta dəmiryol xətti çəkiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yeni Suraxanı qəsəbəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

"Şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olur və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulub. Burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınıb. Bunlar “Zabrat 2-Maştağa-“Bağlar-Albalı", "Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan" istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcək", - o bildirib.

Tarix
2025.01.28 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?

Ukrayna 9 mayda Moskvanı vurmaq gücündədir: Vuracaq?

Gözlənilməz qərar: Azərbaycan “3-cü dalğaya” hazırlaşmalıdır

Samir Şərifov Şara ilə görüşdü - Foto

1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan

Badamov Moskvada niyə saxlanıldı? - XİN-dən reaksiya

Deputat Azər Badamov Moskvada saxlanıldı

Kirilldən Əliyevə: Putin xahiş etdi ki...

Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla