Yuxarı

Bakıya qarın yağmamasının əsl səbəbi bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Bakıya qar yağmaması birmənalı qarşılanmır. Zaman-zaman mediada iqlim dəyişiklikləri və qlobal istiləşmə barədə çox danışılır, bununla bağlı müxtəlif yazılar dərc olunur. Hətta tez-tez “son 40 ilin ən sərt qışı olacaq, qar yağacaq” kimi xəbərlərə də rast gəlinir. Lakin ortada heç nə yoxdur.

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan iqlimşünas Məhərrəm Mehdiyevin sözlərinə görə, Bakıya qarın yağmamasının səbəbi qolfstrim cərəyanının zəifləməsidir.

O, iqlim dəyişmələrinin baş verdiyini vurğulayıb:

“Bilirsiniz, qolfstrim cərəyanı öz fəaliyyətini yaxşı göstərəndə Bakıya qar yağır. İndi Avropa ölkələri və Rusiya deyir ki, qolfstrim çox zəifləyib. Belə getsə, tamamilə sıfra çata, bundan sonra da qolfstrim cərəyanı əksinə hərəkət edə bilər. Bu mənada qolfstrimin zəifləməsi həmin o qar kütlələrinin bizə, ümumiyyətlə, Cənubi Qafqaza, Orta Asiyaya gəlməsini çox zəiflədib”.

İqlimşünas deyib ki, hündürlükdə qar yağsa da, bizə yağış gəlib çatmış olur:

“Alimlərimiz nə deyirsə, onunla razılaşırıq. Həm də bilirsiniz, iqlim dəyişmələri baş verib, orta temperatur artıb. Bəlkə də 200-300 metrlikdə qar yağır, amma atmosfer havasına, yəni bizim 100 metrlik havaya çatanda yağışa çevrilir”.

Tarix
2025.01.29 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə bunu həyata keçirmək niyyətindəyik - Paşinyan

Maskın şirkətində Süleyman Kərimovun da payı var imiş

Milyard dollarlıq layihə: Soydaşlarımızın yaşadığı bu kəndlər...

SSRİ arxivindən sənəd: Zəngəzur yolu kimindir? - Video

Əli Əsədov Almatıda səfərdədir

Dəhlizin bu görüntüləri Ermənistan ərazisindədir? - Video

Əliyevdən Trampa: Bu xəbər bizi kədərləndirdi

Sülh yenə sual altına düşdü: İrəvanın məqsədi nədir?

Azərbaycan XİN ABŞ-a başsağlığı verdi

Ağdərədə erməni əsgərləri belə öldürüblər - Video/18+

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla