Yuxarı

Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardmın növbəti hissəsi yola salınıb.

Axar.az xəbər verir ki, Ukrayna üçün nəzərdə tutulan humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevral 2025-ci il tarixli Sərəncamına əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi 7 fevral 2025-ci il tarixində göndərilib.

Adıçəkilən Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir.

Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.

Tarix
2025.02.12 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

Qorbaçovun Nobel mükafatının ləğvinə çağırış edildi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Somali ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi... - Foto

Prezidentlərin təkbətək görüşü başladı

İlham Əliyev Somali prezidentini belə qarşıladı - Foto

Həmişə xalqıma bu sözləri demişəm - Prezident

Əliyev: Qan tökülməsinin yeganə səbəbi budur!

Azərbaycan bu təşkilata niyə hələ də üzv olmayıb?

Həmin telefon danışığı barədə xəbər alanda məmnun olduq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla