Yuxarı

Azərbaycanın sabiq səfiri seksual təzyiqə görə həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın sabiq səfiri seksual təzyiqə görə həbs edildi

Azərbaycanın Britaniyadakı keçmiş səfir Rafael (Rəfael) İbrahimov seksual təzyiqdə ittiham olunur.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, məlumatı Britaniya mətbuatı yayıb.

İbrahimovun bu addımı Çeşir qraflığındakı reabilitasiya klinkasının 3 əməkdaşına qarşı atdığı iddia olunub.

Mətbuat yazır ki, İbrahimov fevralın 7-də Çesterdəki Krallıq Məhkəməsində dindirilib. Məhkəmədə üzə çıxıb ki, İbrahimovun iştirakı ilə klinikada insident 2023-cü ilin son aylarında olub. İttihamçı tərəf keçmiş səfirin klinikanın 3 əməkdaşının sinəsinə, cinsiyyət orqanı ətrafına toxunduğunu, eləcə də onların əllərini dəfələrlə öpdüyünü bildirib.

Səsləndirilən ittihamlarla bağlı İbrahimov keçən il məhkəmələrin birində cavab verib. O özünə qarşı səsləndirilən ittihamlardan yalnız bir qismini qəbul etdiyini açıqlayıb.

Daha sonra çıxış edən hakim Patrik Tompson Rafael İbrahimovun hərəkətlərini həyasızlıq və çirkinlik adlandırıb. O deyib ki, İbrahimovun hərəkətləri 60 yaşlı və əvvəllər heç bir məhkumluğu olmayan insan üçün xarakterik deyil. Lakin hakim İbrahimovun ilk dəfə cinayət törətməsini nəzərə alaraq, onun məhkum olunduğu cəzanın həyata keçirilməsini təxirə salacağını açıqlayıb.

Ümumilikdə İbrahimov 16 aylıq həbsə məhkum edilib. Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib. İbrahimovun adı bundan sonra 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq.

Qeyd edək ki, Rafael İbrahimov 2001-2007-ci illərdə Azərbaycanın Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri olub. O, daha sonra Britaniyada müxtəlif kanallarda icmalçı kimi çalışıb.

Tarix
2025.02.14 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Estoniya XİN başçısı Azərbaycana gəldi

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla