Yuxarı

DYP-dən sürücülərə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlərə Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

"Sinoptiklərin məlumatına əsasən, əlverişsiz havanın fevralın 24-dək davam edəcəyi, ayrı-ayrı yerlərdə qar yağacağı, yollarda görünüşün məhdudlaşacağı gözlənilir.

Hazırda qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, ötən gündən yağan qarın yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.

DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir".

Tarix
2025.02.22 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Si Kremldən şübhələndi - Tramp istəyinə çatır

Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla