Yuxarı

İşdən çıxarılan aparat rəhbərinin müsahibəsi diqqət çəkdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov işdən çıxarılıb. Buna səbəb kimi agentlikdə son baş verən hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edib.

Axar.az Azxəbər.com-a istinadla işdən azad edilən Kənan Qasımovun 2011-ci ildə "Amerikanın səsi" radiosuna verdiyi müsahibəsinin bəzi hissələrini təqdim edir.

O dövrlərdə "Transparency International” təşkilatının qolu olan "Şəffaflıq Azərbaycan” təşkilatının Media və İctimai Əlaqələr üzrə mütəxəssisi kimi çalışan Kənan Qasımov müsahibəsində Azərbaycanda məhkəmə sistemindəki problemlərdən danışıb.

Jurnalistin "Korrupsiya əsasən hansı sektorlarda qeydə alınır?" sualına o, belə cavab verib:

"Azərbaycanda insanlar daha çox polisdə rüşvətin olması qənaətindədirlər. Eyni zamanda, insanlar təhsil, məhkəmə sahəsində korrupsiyanın yüksək olması fikrindədir. Amma onu da deyə bilərəm ki, "Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilən ALAC layihəsi çərçivəsində vətəndaşlardan korrupsiya şikayətləri daxil olur və o şikayətlər müvafiq dövlət qurumlarına yönləndirilir. Həmin şikayətlər əsasında deyə bilərik ki, Azərbaycanda ümumilikdə daha çox şikayət məhkəmə sahəsindəndir. Məhkəmə sahəsində kifayət qədər böyük problemlər var və insanların əksəriyyəti şikayətlərini məhkəmə qərarlarının icra olunmaması, ümumilikdə məhkəmə qərarlarında yol verilmiş qeyri-obyektiv hallardan edir. Yəni sorğunun nəticələri onu göstərir ki, polis, amma bizim həyata keçirdiyimiz layihə əsasında əldə etdiyimiz rəqəmlər onu göstərir ki, məhkəmə daha çox korrupsiyalaşıb".

"Amerikanın səsi" redaksiyasının "Son bir neçə gündə Azərbaycanın rəsmi media orqanında Qərb ölkələrini və təşkilatlarını sərt tənqid edən yazılar dərc olunub" sualına K.Qasımov belə cavablandırıb:

"Mən öz təşkilatımızın adından bunu deyə bilərəm ki, həmin siyahıya "Transperancy International” təşkilatının adının salınmasının heç bir halda məntiqli izahı yoxdur. Ona görə ki, "Transperancy International” təşkilatı Almaniyada təsis edilib və onun baş qərargahı Berlində yerləşir. Bu təşkilatın ABŞ təşkilatı kimi göstərilməsinin nəyə əsaslandığı heç bir halda məlum deyil. Bizim təşkilatın yaranma nizamnaməsi də hər şeyi açıq göstərir. Məhz öz təşkilatımız adından deyə bilərəm ki, bu, heç bir halda reallığı əks etdirmir"

Tarix
2025.03.06 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni generaldan etiraf: Maşınım “Bayraqdar”la vuruldu...

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - Foto

Bu ölkə Trampın təzyiqinə dözmədi: təslim oldu

İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi... - Deputat

Kreml Ağ Evə “köçüb”: Tramp hələ anlamır - İrandan baxış

Baş nazir Milli Məclisdə hesabat verəcək

Verdyan İlham Əliyevə müraciət etdi: Mənə sığınacaq verin

Siyasi partiyaların təmsilçiləri Xankəndiyə getdi

Ermənistan ordusu sərhəddə təxribat törətdi - Video

Putin Trampa Rusiyanı almağı təklif edir - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla