Yuxarı

Bakıda Novruz yarmarkası təşkil olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat ASC tərəfindən 8-19 mart tarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

Axar.az nazirliyə istinadla xəbər verir ki, 12 gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı) ünvanında keçiriləcək yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.

Yarmarkada ümumilikdə 20-dən artıq regiondan 55-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Qeyd edək ki, “Kənddən Şəhərə” Novruz yarmarkasında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Həmin fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Tarix
2025.03.06 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan XİN başçıları danışdı

Makronun çağırışı: Avropada xaos yaşanır!

Manukyandan etiraf: Maşınım “Bayraqdar”la vuruldu...

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - Foto

Bu ölkə Trampın təzyiqinə dözmədi: təslim oldu

İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi... - Deputat

Kreml Ağ Evə “köçüb”: Tramp hələ anlamır - İrandan baxış

Baş nazir Milli Məclisdə hesabat verəcək

Verdyan İlham Əliyevə müraciət etdi: Mənə sığınacaq verin

Siyasi partiyaların təmsilçiləri Xankəndiyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla