Yuxarı

1 ayda 21,5 min iş yeri bağlandı – Nə baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərirlər. Rəsmi statistik müqayisə göstərir ki, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb. Belə ki, məşğulluq sferası bu ilin ilk ayına 1 milyon 778 min 500 əmək müqavilələri ilə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb:

“Özəl sektorda müqavilələrin sayında azalma daha çox olub: 18 min 200 nəfər. Dövlət Statistika Komitəsi 1 aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 min 300 nəfər azalma bəyan edib.

Deməli, 2025-ci ilin ilk ayında əmək müqavilələrinin sayında azalma daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verib. Aydındır ki, əmək müqavilələrin sayı məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerinin yaradılması baxımından vacibdir. Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalmanın daha çox mikro-sahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqəli olduğu güman edilir.

Belə ki, bu il yanvarın 1-dən etibarən mikro-sahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürülüb və güman edilir ki, bu, özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub.

Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir”.

Tarix
2025.03.17 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyev deyirdi ki, dünya bunun sayəsində inkişaf edir

Prezident Zukan Helezi qəbul etdi - Foto

İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verdi

Zəngəzur dəhlizinin açılması nəticəsində... - Açıqlama

Ordumuzun mövqeləri yenə atəşə tutuldu

Mnatsakanyan Ohanyan və Sərkisyanı ifşa etdi

Bununla bağlı qərarlar Ermənistanda verilib - Mnatsakanyan

Daha bir ölkə Bakı-İrəvan razılaşmasını alqışladı

Almaniya prezidenti xanımı ilə Azərbaycana gəlir

Suriya və Hizbullah toqquşması: Kim hücum edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla