Yuxarı

Su təchizatında çalışanlara təlimlər keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma Qaydası”nın tələblərinin yerinə yetirilməsi üzrə Tədbirlər planına əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeçiliyində olan sukanal idarələri qəza-bərpa və təmir-tikinti briqadalarının usta heyətinə 17-19 mart tarixlərində Təlim və İnnovsasiyalar İdarəsinin inzibati binasında qoşulma sahəsində aparılmış islahatlar, görülmüş işlər, yeni qanunvericiliyinin tələbləri və qarşıda duran vəzifələr mövzusunda təlim-treyninqlər keçirilib.

Axar.az xəbər verir ki, təlim iştirakçılarına yeni qoşulma qaydalarına əsasən həyata keçirilən proseslər çərçivəsində texniki şərtlərin verilməsi prosedurları izah olunub, layihə sənədlərinin hazırlanması, icra mexanizmlərinin tətbiqi, vətəndaş-qurum münasibətlərinin minimuma endirilməklə şəffaflığın daha da artırılması, proseslərin tam elektron formada həyata keçirilməsi üsulları diqqətə çatdırılıb.

Bununla yanaşı su təchizatının etibarlılığının təmin olunması, baş vermiş qəzaların aradan qaldırılması və su itkilərinin minimuma endirilməsi məqsədilə görüləcək işlər barədə ətraflı məlumatlar verilib.

Tarix
2025.03.20 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyəm

Azərbaycan və Pakistan XİN başçıları danışdı

150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident

Elə mühit yaradır ki, sanki köhnə dostunuzla danışırsız - Prezident

Azərbaycan dəyişdi, amma prioritetlər yox - Prezident

Onların da dost olmasına ehtiyacımız var - Prezident

Azərbaycan bunu pisləyən ilk ölkələr sırasında olub

Mirziyayev İlham Əliyevə zəng etdi

Prezident Çinin CGTN telekanalına müsahibə verdi

Universitet təsdiqlədi: Gülsüm Əliyeva adlı tələbəmiz olmayıb - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla