Yuxarı

"Kontakt"ın eksklüziv "Heç nə” məhsulu 3 gün içində bitdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur elektronika şəbəkəsi “Kontakt”ın yeni və unikal "Heç nə" məhsulu qısa zamanda viral olub. Belə ki, şəbəkənin bazara məhdud sayda - sadəcə 500 ədəd olaraq təqdim etdiyi bu məhsulun stokları 3 gün içində tamamilə tükənib.

Bəs “Heç nə” nə üçündür?

"Kontakt" bu yeniliyi öz alıcılarına təklif edərək həm ciddi, həm də yumoristik bir mesaj verir: bəzən gözləntiləri sıfıra endirmək belə insana gülüş bəxş edə bilər. Sözün əsl mənasında "Heç nə" ilə dolu bu qutu isə həm şəxsi istifadə, həm də sevdiklərinizə gözlənilməz sürpriz edə biləcəyiniz bir seçimdir. Məhsulun tərkibi haqqında məlumatda açıq şəkildə qeyd edilir ki, bu məhsul 100% heç nədən ibarətdir. Məhsulu harada saxlamaq isə tamamilə sizin ixtiyarınızdadır - çünki “heç nə” hər yerdə mövcud ola bilir.

Daha da maraqlısı odur ki, "Kontakt" bu qeyri-adi məhsula tam zəmanət də verir: heç nə olmayacaq!

Qeyd edək ki, “Heç nə" məhsulu 1 Aprel - Gülüş Günü münasibətilə kontakt.az saytında satışa çıxarılmışdı.

Tarix
2025.04.01 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ştaynmayer Ağ Şəhərdə - Foto

Azərbaycanla birgəyaşayış formulunu tapmalıyıq - Xandanyan

Pezeşkian Əliyevə məktub göndərdi

Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Prezident Lü Tzyançaonu qəbul etdi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Erik Ceykobs Bakıya gəldi

Bakı və İrəvan arasında sülhün çox böyük əhəmiyyəti var

Almaniya prezidentinin şərəfinə rəsmi nahar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla