Yuxarı

Ödənişli yolda qəza: Yaralılar 12 metrlik dərədən çıxarıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ödənişli yolda qəza: Yaralılar 12 metrlik dərədən çıxarıldı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb və avtomobildəki sürücüsü və sərnişin köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə xəsarət alaraq köməksiz vəziyyətdə qalan avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü İlham Yaqub oğlu Ələsgərov və sərnişini 1983-cü il təvəllüdlü Bəhruz Mikayıl oğlu Şirinovu dərinliyi təxminən 12 metr olan dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2025.04.05 / 10:01
Müəllif
Axar.az
Digər xəbərlər

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla