Yuxarı

Sahibə Qafarovanın sədrlik müddəti uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi ilə bağlı qərar qəbul olunub.

Axar.az xəbər verir ki, bununla bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında müzakirə aparılıb.

Qeyd edilib ki, həmçinin sədr müavinlərinin də səlahiyyət müddəti növbəti dövr üçün artırılacaq.

Konfransda Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi də qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən, büro və daimi komitələrin fəaliyyətinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Sənəddə həmçinin Bakı İqlim Birliyi Paktı və COP29-un mühüm nəticələri, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış şəxslərin, o cümlədən, Qərbi azərbaycanlıların öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.

Tarix
2025.04.07 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail və Türkiyə Bakıda razılığa gəldi

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirildi

“Ağdam Azərbaycan”ındır dedi, bu suala cavab verə bilmədi

Azərbaycan Ordusu ilə bağlı bu xəbər yalandır - Qriqoryan

İranla sərhəddə körpü nə vaxt istifadəyə veriləcək?

Hərbi əməliyyatlar hansı halda başlaya bilər?

Bəşəriyyət son dərəcə narahat bir dönəmdən keçir - Deputat

Prezident və xanımı Türkiyədədir

Türkiyə-İsrail gərginliyi: Əliyev Trampa mühüm mesaj verdi

Azərbaycanlı məmur könüllü olaraq müharibəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla