Yuxarı

Ad günündən çıxıb, anasına vida mesajı göndərdi, intihar etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:07

Aprelin 1-də Tiflisdə özünü Kür çayına atan Qardabaninin Kosalı kəndindən olan 21 yaşlı Aytac Məmmədovanın axtarışları hələ heç bir nəticə verməyib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-ın yerli bürosuna qızın dayısı Rəsul Ömərov məlumat verib.

O, axtarış tədbirlərinin səviyyəsindən narazılıq ifadə edib:

“Bizə heç bir dəstək göstərilmir. Qohumlarımızla, uşaqlarla və kənd camaatı ilə birgə Kürün qırağı boyu Aytacı axtarırıq. Axtarışa Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin yalnız bir qayığı cəlb olunub ki, o da hadisə baş verən ərazidə fırlanır, çay boyu isə heç bir axtarış aparmır. Biz özümüz Tiflisdən Qırmızı körpüyə qədər çayın kənarlarında gəzib axtarırıq. Bəzi ərazilərə girişə icazə verilmir. Çox çətin vəziyyətdəyik, Azərbaycan və Türkiyədən kömək istəyirik. Axtarış-xilasetmə tədbirlərinə nə dron, nə də helikopter cəlb olunub. Yeganə istəyim Aytacın meyitini tapıb torpağa tapşırmaqdır”.

Aytacın mümkün intihar səbəbinə gəlincə, R.Ömərov qızın ailəsində hər hansı bir problemin olmadığını deyib:

“Təhlükəsizlik kameralarındakı görüntülərdən də məlum olub ki, Aytac özünü Kür çayına atıb. Mən hər gün Aytacla danışırdım, onun düşüncələri və qayğıları ilə maraqlanırdım. Tiflisə universitetdə təhsil alırdı, şəhərdə kirayədə qalırdı. Aprelin 1-də Tiflisdə rəfiqəsinin ad günü məclisində iştirak edib. Mərasimdən çıxandan sonra anasına “Ana, özünə yaxşı bax” məzmununda vida mesajı yazıb və sonra özünü çaya atıb. Ehtimal edirəm ki, məclisdə Aytacın ya xətrinə dəyiblər, ya da nəsə bir xoşagəlməz hal olub ki, qız intihara qərar verib”.

Tarix
2025.04.08 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurda daha bir İran yük maşını aşdı - Foto

Kərim Vəliyev Slovakiyada - Foto

Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Bakı və Tehran konsulluq məsləhətləşmələri keçirdi

Prezident 4 sədr müavininə yeni vəzifə verdi

Prezidentdən bu başçı ilə bağlı qərar - Siyahıdan çıxartdı

Əliyevin Kavelaşvili ilə görüşündən video yayıldı

Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı

Çinlə Azərbaycan arasında protokol imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla