Yuxarı

DSX mayoruna hücum edən idmançılar barəsində qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Axar.az xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı təqdimata baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin müddətini mayın 5-dək uzadıb.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2025.04.08 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurda daha bir İran yük maşını aşdı - Foto

Kərim Vəliyev Slovakiyada - Foto

Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Bakı və Tehran konsulluq məsləhətləşmələri keçirdi

Prezident 4 sədr müavininə yeni vəzifə verdi

Prezidentdən bu başçı ilə bağlı qərar - Siyahıdan çıxartdı

Əliyevin Kavelaşvili ilə görüşündən video yayıldı

Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı

Çinlə Azərbaycan arasında protokol imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla