Yuxarı

Prezident 3 fərman, 1 sərəncam imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:20

Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 8-1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 8-1.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 8-1.6-cı maddəsinə uyğun olaraq, dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydalarını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

2.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin 3.7-ci bəndinin ikinci cümləsində, 4.3-cü bəndinin üçüncü cümləsində, 5.1.6-cı, 6.1.10-cu, 8.6.6-cı yarımbəndlərində və 8.8-ci bəndində nəzərdə tutulmuş aktları altı ay müddətində qəbul etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddə 1359) ilə təsdiq edilmiş Əlavə 1 — “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 2-ci hissəsinə, 10.1-ci, 10.4-cü və 11.1-ci bəndlərinə “göstərilməsi,” sözündən sonra “aqroparklar və” sözləri əlavə edilsin.

5. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822 (Cild I); 2024, № 6 (I kitab), maddə 661) 2.1-1-ci bəndində “aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparka münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, digər aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 mart tarixli 348 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4-cü hissənin “Göstərdiyi xidmətlər” sütununun 2-ci bəndinin üçüncü abzasına “məhəlləsinin və” sözlərindən sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış” sözləri əlavə edilsin;

6.2. 9-cu hissənin “Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:

“4. “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs tərəfindən aqroparkın (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqropark istisna olmaqla) rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi”.

7. “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 27 (Cild I) 2.1-ci bəndində “aqroparkların” sözü “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkın” sözləri ilə əvəz edilsin.

8. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1370 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 317 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də “səlahiyyətli orqan” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “idarəedici təşkilat” dedikdə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqropark istisna olmaqla) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs nəzərdə tutulur;

2.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş idarəedici təşkilatın vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparka münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.”;

8.2. 3.2-ci bənd ləğv edilsin;

8.3. həmin Fərmanla təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin 5.1.3-cü yarımbəndi ləğv edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1371 (Cild I); 2024, № 6 (I kitab), maddə 665) ilə təsdiq edilmiş “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.1-ci bənddə “aqroparkların” sözü “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkın” sözləri ilə əvəz edilsin;

9.2. 2.1.2-ci yarımbənddə “və yeni iqtisadi zonaların” sözləri “, həmçinin yeni sənaye parklarının və sənaye məhəllələrinin” sözləri ilə əvəz edilsin;

9.3. 3-cü hissə üzrə:

9.3.1. 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərdə “iqtisadi zonaların” sözləri “sənaye parklarının və sənaye məhəllələrinin” sözləri ilə əvəz edilsin;

9.3.2. 3.1.7-ci yarımbənddə “aqroparkların” sözü “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkın” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “, özəl aqroparkın əsasnamə layihəsinə rəy vermək” sözləri çıxarılsın;

9.3.3. 3.2.6-cı yarımbənddə “dövlət tərəfindən yaradılan aqroparklarda” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkda” sözləri ilə, “dövlət tərəfindən yaradılan aqroparkın” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkın” sözləri ilə əvəz edilsin;

9.3.4. 3.2.8-ci yarımbənddə “dövlət tərəfindən yaradılan aqroparklarda” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqroparkda” sözləri ilə əvəz edilsin;

9.3.5. 3.2.14-cü və 3.2.15-ci yarımbəndlərdə ismin müvafiq hallarında “aqroparklar” sözü ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Yevlax rayonunda yaradılmış aqropark” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297 (Cild I); 2024, № 4, maddə 400, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1360) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “10. Dövlət Proqramına dair Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. 5.2.7-ci yarımbənd üzrə:

10.1.1. “Tədbirin adı”, “aralıq nəticələr” və “yekun nəticələr” sütunlarından “və aqroparkların” sözləri çıxarılsın;

10.1.2. “Digər icraçılar” sütunundan “KTN,” akronimi çıxarılsın;

10.2. aşağıdakı məzmunda 5.2.7-1-ci yarımbənd əlavə edilsin:

5.2.7-1.

Aqroparkların fəaliyyətinin təşkili

2025‒2026

KTN

İN, AQTA

Ərazilərdə kənd təsərrüfatı istehsalı infrastrukturunun inkişafının dəstəklənməsinə dair təkliflər hazırlanması

Ərazi planlaşdırma sənədlərinə uyğun olaraq aqroparkların yaradılması və istehsalın təşviqi

***

Prezident İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin iyirmi dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin iyirmi dördüncü abzasında “orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-1-ci və 150.1.14-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Məcəllənin 101.6-1-ci və 150.1.14-1-ci maddələrində “orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddə 661, № 11, maddə 1199) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.4-cü bənddə “və iyirmi ikinci” sözləri “, iyirmi ikinci və iyirmi dördüncü” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:

“2.6-1. həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin iyirmi dördüncü abzasında “orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.

4. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bəndə “101.1-4-cü,” sözlərindən sonra “101.6-1-ci,” sözləri, “144.1.4-cü,” sözlərindən sonra “150.1.14-1-ci,” sözləri əlavə edilsin;

4.2. 1.46-cı bənd aşağıdakı redaksiyada verilsin:

“1.46. həmin Məcəllənin 101.6-1-ci, 102.1.33-cü, 106.1.24-cü, 150.1.14-1-ci və 164.1.42-ci maddələrində “orqan (qurum)” dedikdə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.

Tarix
2025.04.14 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

Sloveniya XİN başçısı İrəvan və Bakıya gəlir

Ermənistanda bəziləri müharibə təbliğatı aparır - Nikol

Türk dövlətləri bu sahədə əməkdaşlığı möhkəmləndirməlidir

Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla