Yuxarı

Səbiskar türbələrində tarix yoxa çıxır... - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsəlman Şərqinin ən qədim qəbiristanlıqlarından biri sayılan Səbiskar məzarlığı zamanın, baxımsızlığın və biganəliyin təsiri ilə yavaş-yavaş tarixə qarışır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Gəncənin qədim köklərini özündə yaşadan bu qəbiristanlıq Bağdaddan sonra türbələrin sayına görə ikinci yerdə qərar tutsa da, bu gün acınacaqlı vəziyyətdədir.

Araşdırmalar göstərir ki, Səbiskar qəbiristanlığının tarixi Səfəvilər dövrünə qədər uzanır. Burada bir zamanlar Səfəvi şahzadəsinin türbəsi yerləşib. Lakin illər boyu nə qorunma tədbiri görülüb, nə də sənədləşmə aparılıb. Nəticədə türbənin izi belə itməklə üz-üzə qalıb.

Hazırda qəbiristanlıq ərazisində 17 türbə qorunub saxlanılıb. Halbuki 19-cu əsrin birinci yarısına qədər bu rəqəm 30-dan çox olub. Məhz bu itkilər Səbiskarın nə qədər zəngin və eyni zamanda nə qədər diqqətsiz qaldığını göstərir.

Araşdırmaçı Elçin Əsgərov bildirir ki, Gəncənin yerli ornamentləri ilə inşa olunan türbələr bənzərsiz memarlıq nümunələridir:

"Türbələr əsasən yerdən bir metr hündürlükdə tikilib. Onların üzərindəki nəqqaşlıqlar sırf Gəncə sənətkarlığının məhsuludur. Lakin ötən zaman bir çox türbə dağılıb, bəziləri isə artıq mövcud deyil. Qalanların isə təcili restavrasiyaya ehtiyacı var".

Qəbiristanlıq 6 hektarlıq ərazini əhatə edir. Burada Gəncənin tanınmış soylarından Hacıhəvan, Hacıqasımlılar, Fətəli Xan Xoyski, Şıxzamanlılar, Rəfibəylilər və Difai Partiyasının üzvlərinə məxsus türbələr yerləşir. Onların hər biri Azərbaycanın siyasi və ictimai tarixində xüsusi yer tutur.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirib ki, Səbiskarda 2012-ci ildə ərazinin hasarlanması, 2016-cı ildə isə bəzi təmir-bərpa işləri həyata keçirilib. Lakin mövcud vəziyyət göstərir ki, bu tədbirlər yetərli olmayıb.

Səbiskar qəbiristanlığı yalnız bir məzarlıq deyil, bu, Gəncənin, Azərbaycanın yaddaşıdır. Hər dağılan türbə ilə bir parça tariximiz də torpağa qarışır.

Tarix
2025.04.15 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Bakı və Tehran konsulluq məsləhətləşmələri keçirdi

Prezident 4 sədr müavininə yeni vəzifə verdi

Prezidentdən bu başçı ilə bağlı qərar - Siyahıdan çıxartdı

Əliyevin Kavelaşvili ilə görüşündən video yayıldı

Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı

Çinlə Azərbaycan arasında protokol imzalandı

Bakı ilə Tehran arasında bu sazişin imzalanması təsdiqləndi

Kavelaşvili Sahibə Qafarova ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla