Yuxarı

Baxşəliyevin reklam etdiyi həkim 2 uşaq atasını şikəst qoydu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişində məşhurlaşan həkim Zaur Ramixanov xəstəni səhv əməliyyat edib.

Axar.az xəbər verir ki, bu barədə zərərçəkmişin anası, Yevlax rayon Marzılı kənd sakini Kəmalə Musayeva Publika.az-a müraciətində qeyd edib.

O bildirib ki, yüksəklikdən yıxılıb zədə alan oğlunun əməliyyatı uğursuz alınıb:

“Oğlum Araz Musayev 2023-cü ildə hündürlükdən yıxılaraq zədə aldı. Biz onu dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırdıq. Müayinələr aparıldıqdan sonra məlum oldu ki, onurğası zədələnib və 5-ci fəqərə sınıb. Təcili olaraq neyrocərraha müraciət etmək lazım olduğunu bildirdilər. Biz də ATV kanalında yayımlanan “Bizimləsən” verilişindən tanıdığımız Zaur Ramixanova zəng etdik. O bildirdi ki, müayinələrin nəticələrini mənə göndərin, uyğun olsa, gəlib əməliyyat edərəm. Bütün müayinələri ona göndərdikdən sonra əməliyyatı öhdəsinə götürdü və Mingəçevir Şəhər Regional Xəstəxanasında oğlumu əməliyyat etdi. Sonra da əməliyyatın çox uğurlu olduğunu dedi.

Bizim xəstəxanadan heç bir şikayətimiz yoxdur. Oradakı tibbi heyətdən çox razıyıq. Lakin 3 gündən sonra ödənişə gücümüz çatmadığı üçün oğlumu Mingəçevir Şəhər Xəstəxanasına köçürtdük. Ora gəldikdən sonra oğlumun vəziyyəti ağırlaşdı. Nə qədər çalışsaq da, həkim Zaur Ramixanovla heç cür əlaqə saxlaya bilmədik. Hər dəfə zəng vuranda başqa biri götürdü və həkimin köməkçisi olduğunu, onunla danışıb bizə məlumat verəcəyini bildirdi. Lakin ondan sonra həmin həkimlə əlaqə saxlaya bilmədik”.

Zərərçəkmişin anası onu da qeyd edib ki, aradan iki il keçib, ondan sonra bir neçə xəstəxanaya müraciət ediblər:

“Hamısı da bildirdi ki, ilk əməliyyatı uğursuz olub və ziddi fəsadlar qalıb. İkinci dəfə əməliyyat etdirsək də, yenə də bir nəticə vermədi. Hazırda 3-cü dəfə əməliyyata ehtiyac var. Lakin maddi imkanım buna yol vermir. Oğlum bu vəziyyətə düşdükdən sonra işdən də çıxardılar. İki azyaşlı övladı var. Onların da ehtiyaclarını ödəyə bilmirik. Aidiyyəti qurumlardan xahiş edirəm ki, belə savadsız həkimləri reklam edənlər haqqında bir tədbir görsünlər. Və Zaur Ramixanovdan da tələb edirəm ki, oğluma təzminat ödəsin. Bir il səkkiz ayda çəkdiyi xərclərin təzminatını ödəsin ki, oğlumu yenidən əməliyyat etdirib, ayağa qaldırım”.

Tarix
2025.04.16 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla