Yuxarı

Ağaclar kəsildi, materiallar Baş Prokurorluğa göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağacların kəsilməsi ilə bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət yerində araşdırılıb.

Bu barədə Axar.az-a İdarənin rəisi Asif Məcidov məlumat verib.

O bildirib ki, aparılan araşdırma zamanı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisi aparılan ərazidə tikinti ətrafına çəkilmiş hasarın daxilində 3 ağacın zədələndiyi, eyni zamanda ekoloji ekspertiza rəyinin tələblərinə əməl edilmədiyi müəyyən edilib: "Faktla bağlı tikintiyə cavabdeh şəxs Zamiq Şıxəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 541-ci maddələrinə əsasən inzibati protokol tərtib edilib və o, fiziki şəxs qismində 900 manat məbləğində cərimə olunub".

"Eyni zamanda, hasarın kənarında 15 ağacın kəsildiyi və nəticədə təbiətə 7200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və mühafizəsinin təmin olunması məqsədilə iş icraçısına təhvil verilib”, - A.Məcidov əlavə edib.

Tarix
2025.04.23 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla